Düzelmez...
Düzəlməz...
Bu həyat çaqqallar məkanı olur, Haqsıza susulsa zaman düzəlməz. İnsanlıq əzilir dost uzaqlaşır, Tamah güc gəlirsə, iman düzəlməz. Bir deyil,beş deyil şərəfsiz olan, Terrorla insanı qırğına salan, Siyasi oyuna inanma yalan, Eyləmə boş sözə güman,düzəlməz, Həyat acısını törədər insan, Odur haqsızlığı haqq ada yozan, Sərvət xatirinə mənliyi pozan, Haqq yola heç zaman inan düzəlməz. Nə qədər səhvləri söyləsən ona, Yozub ağlı kimi girər min dona, Əsəbdən uzaq ol,haqqı az qına, Qanmazla,nadanla cahan düzəlməz. Bir parça ət olan dil başa bəla, Sözləri çalxalar gah sağa-sola, Ağıl anlamasa düşər pis hala, Adətkar ağlı kəm olan düzəlməz. Çəkər ağrıları düşünən başlar, Ağrılar məsumda tökər göz yaşlar, Gücsüzə güclülər açar savaşlar, Nə qədər qurulsa divan düzəlməz. Bayram haqsızlıqdan təngə gəlibdi, Yanılmış “dostları” qəlbdən silibdi, Həyatı tamaşa,fani bilibdi, Çaqqalı çox olan dövran düzəlməz... 20.12.2015. |