Olmamısan...
Olmamısan...
Eşqinə sadiq olub, eşqdə nigar olmamısan, Etməyib əhdə vəfa qəlbimdə var olmamısan... Qəlbinə girəmmədim görəm mənə qəsdin nədir, Eşqdə oldun qapalı,sən aşikar olmamısan. Paran-parça eylədin sən qəlbini düşünmədən, Eşqimin varlığına həm düz ilqar olmamısan. Nazınla çox oynadım dərdi verdin qəlbimə sən, Yəqin ki naz,hikkənlə heç bəxtiyar olmamısan. Tərsliyi çox eyləyib şübhə etdin eşqimizə, Şokdasan,bu həyatı heyif duyar olmamısan. Eşqinə dönük çıxdın, Bayramdan da gəz aralı, Görünmə gəl gözümə,sən mənə yar olmamısan... 06.11.2014. |
Qelemin susmasın
_________________________Selamlar