Deyirem sehvleri...
Deyirəm səhvləri...
Söz gəlir asta deyirəm səhvləri, Göstərirəm yalmanan hədəfləri. Kürsü “seçib” yaxşı pula almışam, Meylimi də bu kürsüyə salmışam, Züy tutanlar əllərində qalmışam, Söz gəlir asta deyirəm səhvləri, Göstərirəm yalmanan hədəfləri. At oynadır haramxorlar dinmirəm, Odlarına alışıb isinmirəm, Zərbə dəyir,dözürəm diksinmirəm, Söz gəlir asta deyirəm səhvləri, Göstərirəm yalmanan hədəfləri. Bezdiriblər,düşmüşəm haqdan uzaq, Rüşvətə də qoymuşam artıq yasaq, Alıb verirlər quraraq şər “tuzaq”, Söz gəlir asta deyirəm səhvləri, Göstərirəm yalmanan hədəfləri. Çox mənə səhvlər deyilib susmuşam, Yan-yörəmin səhvlərini yozmuşam, Züy tutan təlxəklərə uduzmuşam, Söz gəlir asta deyirəm səhvləri, Göstərirəm yalmanan hədəfləri. Baş-ayaqdı iş-gücüm nöqsan gəlir, Düşünməyin kimsələr həyan gəlir, Etibarım qalmayıb,ziyan gəlir, Söz gəlir asta deyirəm səhvləri, Göstərirəm yalmanan hədəfləri. Cəm etmişdim dost-tanışı dəstəmə, Məhkum idi hər kəs qərar bəsdəmə, Yeyib şişiblər,dururlar qəsdimə, Söz gəlir asta deyirəm səhvləri, Göstərirəm yalmanan hədəfləri. İstəmirəm çox uzadım söhbəti, Məmur olub aldım eldən nifrəti, Rüşvət alıb eylədim çox qələti, Söz gəlir asta deyirəm səhvləri, Göstərirəm yalmanan hədəfləri. “Xiyar suyu”boğur məni xəstəyəm, Sərvət gedir,iş-güc bitir nəhsdəyəm, Yaltaqlarım qaçıb artıq pəsdəyəm, Söz gəlir asta deyirəm səhvləri, Göstərirəm yalmanan hədəfləri. Vəzifənin kürsü sonun yadı bu, Rəhmət,lənət qazanmağın dadı bu, İnsan kimi almaq insan adı bu, Söz gəlir asta deyirəm səhvləri, Göstərirəm yalmanan hədəfləri... 2016. |