Kimdi şair...Kimdi şair... İlham beylə,İsmail beyə. Sözü qələm ilə kağıza düzən, Hikmətli sözləri qəlblərdə gəzən, Söz ilə şərəfsiz yolunu kəsən, Ən uca zirvədə durandı şair... Vətənə bağlıdır,sevgisi millət, Süzülür qəlbindən hikmət,ləyaqət, Yuxusuz gecəsi bizlərə sərvət, Ədəbi mühiti qurandı şair... Qələmi silahdır,sözləri iti, Qurşunsuz o vurur hər düşmən iti, Sözün sərrafıdır,xoşdur niyyəti, Haqqı,ədaləti sorandı şair... Qafiyə,hecası axan bir bulaq, Satira,yumoru zarafat sayaq, Gecəni sübhə tək qalaraq oyaq, Özünü sözlərlə yorandı şair... Sözlərin içində qovrulub yanır, Dilim keşiyində ayıq dayanır, Yazdığı əsərlə nura boyanır, Xalq ilə ürəyi vurandı şair... Bayram,Turanımı tərənnüm edən, Millətin önündə şərəflə gedən, Dəyərli sözlərlə istəyə yetən, Rəbbim tərəfindən yarandı şair... 06.10.2014. |
Kalemin susmasın
_________________________Selamlar