Nazın ile...
Nazın ilə...
Salmısan dərdə məni işvəli o nazın ilə, Könlümü oxşayırsan şirin səs avazın ilə. Kərəmi yandırırsan, gah sarı tel çaldırırsan, Qəlbimə hakim olub, öldürürsən sazın ilə. Qanı cuşa gətirib eşq oyunu oynayaraq, Salırsan sən oduna fəsli bahar yazın ilə. Mən belə bilməz idim, sevgi məhbbət bəlasın, Salmısan sən bəlaya naməndəki yazın ilə. Bu bəla ayrı bəla ,həbi də yox ki, sağala, Təkcə sən sağaldarsan, öz nəzir, niyazın ilə. Bayram da asta yanıb bu oyunun qaydasına, Onu sən ram etmisən, saf eşqli əsasın ilə. 15.09.2014 |
alkışlıyorum hocam
bayramınız mubarek olsun selamlarımla