Gec olur Allah...
Gec olur Allah...
İçimdən gizilti ağrılar keçir, Zaman sakinləri heç olur Allah... Haqsız əli ilə üzülür haqlı, İnsanlıq əzilib gic olur Allah... Baxıram cahana,cahan həmənki, Zaman necə vardı həmən dünənki, İnsan cılızlaşır,dəyişir rəngi, Özün anlayanda gec olur Allah... Zamanı günahkar sanıb pozulduq, Tamaha qul olduq,sözdə yozulduq, Haqq yolun azdıqca yanıb his olduq, Ədalət istəsəm gec olur Allah. Halal zəhmətimiz zəhər olunur, Yaşamın hər günü kədər olunur, Verilən qismətdə xətər olunur İnsanlıq varlığı puç olur Allah. Harın məmurlarsa iti nəfisli, Kürsü gücü ilə rüşvət həvəsli, Görk üçün bağıran ötgəm bir səsli, Əzilən məsuma güc olur Allah Atadan,anadan sərvət "şirinmiş", Rüşvəti aldıqca lənət "şirinmiş", İnsan əzildikcə minnət "şirinmiş", İnsanlıq həyatdan köç olur Allah, İnsanlıq günahın haq-hesabı çox, Laxa qarınların olmaz gözü tox, Qanun verənlərdə qanun özü yox, Haqqı sorsam əgər suç olur Allah... Kimə haqq söylədim dodağın büzdü, Kinli baxışlarla tərs məni süzdü. Belə düşünənlər bir deyil,yüzdü, Haqdan xəbərsizlər bic olur Allah. Pərsəngi pozulub,çaşır tərəzi, Bilmirəm içində nədir mərəzi? Bayramın həyatdan haqdır qərəzi, Həyat bu istəklə öc olur Allah... |
İyi dileklerimle Kutlarım.
Beğendim.
………………………………. Saygı ve Selamlar…