İnanma...
İnanma.
Ey mənim ilk eşqim,ilk məhəbbətim, Desəm ki sevirəm,mənə inanma. Mənim bu sözümdə bir həqiqət var, Nə qədər yalvarsam sənə,inanma. Sən özün söylə bir mən necə sevim, Var-dövlət axtaran sən tək bir qızı? Yaxşı tanımırdım bağışla məni, Axırki tanıdım sən vəfasızı. Əgər bilsə idim şöhrətpərəstsən, Kor olub görməzdi səni gözlərim. Əgər bilsə idim əhdi danarsan, Ürəkdə qalardı mənim sözlərim... Atanın puludur ərköyün edib, Sənin gözlərini qapayan ancaq. Mən heç..,başqasına sevirəm deyib, Bu sözü eyləmə barı oyuncaq. Leylini,Məcnunu dilə gətirib, Özünü Leyli tək heç zaman sanma. Sevgi aləmində gəl sənə deyim, Özünü sevən tək”gözəlçə”anma. Eşit sən,ömürlük yadında saxla, Məcnun təmiz qəlblə sevib Leylini. Əgər bilsə idi sən kimisi var, Leyliyə salmazdı Məcnun meylini... |
Güzel dileklerimle Kutlarım.
Çok çok Beğendim.
………………………………. Saygı ve Selamlar…