"Düzülür"
"Düzülür"
Bəzən misralarım,çox axarlıdı, Hər misram bir yolda,sıra-düzülür.. Bəzən də,mətləbdən yol azır qələm, Misralar heçliyə sarı-düzülür... Bəzən çox sevirəm,eşqdən yazıram, Bəzən də,sevmirəm,heçdən yazıram, Bəzən misralarda özüm azıram, Bilmirəm misralar,hara düzülür... Hər sözüm fəslisiz,nübardı-bardı.. O yara eşq yazdım,bu yar inandı.. Hər işim bir tərsdi,hər bir misramı, Şaxtaya yazıram,qara düzülür.. İş görsəm işimdə uğurum yoxdu, Haqq desəm,haqqımda doğurum yoxdu, Yazdığım misrada sınağım çoxdu, Kəndirə yazıram,dara düzülür... Qələmlə kağızla yuxulayan mən.. Yazaraq yazımı yoxlayan mənəm.. Elə öz yazımı oxuyan mənəm, Sanki misralarım gora düzülür... Müəllif : Abdullazadə Orxan cəmi 15-dəqiqə.. :) |
Kalemin susmasın
___________________________________Selamlar