Dediler...
Dedilər...
“Hər düzü düz yerdə demək olmaz, Deyənin yox,eşidənin qulağını kəsirlər.” B.Vahabzadə. Düz sözü düz yerdə deyən kəslərə, Hərdən,öz yolunu azan dedilər. Qulaq eşidəni,düzü yazanda, Qanunu başqa cür yozan dedilər. Düz sözü demədik,çox zaman susduq, Artıq aydın oldu,niyə uduzduq, Bunları görəndə,hər başı pozuq, Kimsənin quyusun,qazan dedilər. Kimsə,bir kimsəyə quyu qazanda, Məmurlar yolunu hərdən azanda, Qeyrətli yazarlar,düzü yazanda, Guya ki,qanunu pozan dedilər. Alim də, şair də hərdən əzilir, Eşidən qulaqlar,dibdən kəsilir, Riyakar sözündə,düzlük gəzilir, Xalq üçün yanana,az yan,dedilər. El üçün xeyirxah işlər görənə, Dövlət büdcəsinə xeyir verənə, Ön xəttə dayanan qorxmaz ərənə, Gücünü burada,az an,dedilər. Xalqımın şairi,dərs aldım sizdən, Qulağım kəsilər,düşərəm gözdən, Lal-karam,qaçıram deyilən sözdən.., Arxamca,boş sözlər,yazan dedilər. |
Kalemin susmasın
________________________Selamlar