Sataşmayın siz...Türklük haqdan gələn bizlərə addır, Namərdlik,qorxaqlıq bizlərə yaddır, İnsanlıq adına varlıq,həyatdır, Mənim Türklüyümə sataşmayın siz... Sözümə sadiqlik mənim əqidəm, Belə öyrədibdir öz Qorqud dədəm, Mən kiməm söylədim,deyildir hədəm, Mənim Türklüyümə sataşmayın siz... Haqsızlıq edəndən sorar ədalət, Sevməz yalanlarla kirli,siyasət, Çörəyim yeyərək edib xəyanət, Mənim Türklüyümə sataşmayın siz... Eşidin,siz bilin Türkün cəngini, O qartal baxışlı Kurt ahəngini, Ey nadan,bəsləyib Türklüyə kini, Mənim Türklüyümə sataşmayın siz... Sözümü söylədim şər yazanlara, Türkün tarixini tərs yozanlara, Şər-böhtan içində yol azanlara, Mənim Türklüyümə sataşmayın siz... Düşməndən öc,Oğuzdan güc tükənməz, Türkün biləyini alçaq bükəmməz, Boz Kurt əqidəsin düşmən sökəmməz, Mənim Türklüyümə sataşmayın siz... Bayram da qardaşım dedi sözünü, Qələmlə cızırsan düşmən üzünü, Kor et düşmən gözün,bilsin özünü, Mənim Türklüyümə sataşmayın siz, Mənim Türklüyümə sataşmayın siz.... 07.01.2014. |
Kutlarım.
Beğendim...
.............................. Saygı ve Selamlar...