Eyleme...
Eyləmə.
Demə ey nazlı sənəm, gəl bu qədər qəm eyləmə, Bülbülü gülsüz edib, qanqala həmdəm eyləmə. Etmisən lap pərişan, həyacanlı bu qəlbimi, Nəvaziş göstər barı, nəvazişi kəm eyləmə. Eşqin məni məst edib, yatmışam eşqin bağında, Səsləsən asta səslə, qışqırıb sərsəm eyləmə. Məcnundan da betər eşq yolunda dərd çəkirəm, Gəl mənə kərəm eylə,yandırıb Kərəm eyləmə. Görüşə gəl ki görüm, şux qamətin, gülər üzün, Dolub həsrət kasası: -yox belə çarəm, -eyləmə. Sevənlər qorxmaz olur, sən də bilirsən, Bayram, Hər sevən mərd aşiqi, sözlərlə məlhəm eyləmə. |
Güzel, Kutlarım.
Çok çok Beğendim.
…………………. Saygı ve Selamlar…