İSTEMİREM...
İstəmirəm
Nə əcəb eyləmisən sən məni yad,istəmirəm, Uyub əğyarə nədən,çəkirsən ad,istəmirəm. Mən ötən günlərimə çox alışıb,çox yanmışam, Çəkmişəm çox acılar,eyləmə dad istəmirəm. Sənə o,vurğun olan qəlbim elə parçalanıb, Dözməyib haqsızlığa,veribdi çat,istəmirəm. Nəyəsə uyub getdin,dönmə geri qəlb yarası, Edə bilməz bu qəlb o qəlbə imdad,istəmirəm. Sən özün seçmisən öz yolunu məndən uzaq ol, Qəlbimin yarasına vermə qanad,istəmirəm. Söz ilə məlhəm etmə,bu yara qəti sağalmaz, Sən mənim eyləmisən eşqimi mat,istəmirəm. Boş yerə sızlama sən,get əməlin özün düşün, Bayrama eyləmə gəl,süni fəryad,istəmirəm... |
Şiirin içindeki sevdalarda gizemlilikle duygu ön plana çıkmakta.
Kutlarım.
Çok çok Beğendim.
…………………. Saygı ve Selamlar…