Getirme...
Gətirmə...
Lar,ler-den qafiye tutanlara Şəkilçi qafiyə tutan “şairim”, Bizə söz yığımı,yalan gətirmə. Qoşmanın şəkilin qələmlə çəkib, Şeirdən xəbərsiz olan gətirmə. Yazırsan,yaz oxu,özün-özünə, Dərindən araşdır,haqqı düzünə, Qulaq as hər zaman böyük sözünə, Şeir dünyasına,talan gətirmə. Demirəm sən yazma,deyərdim ancaq, Eylə nəzəriyyə elminə maraq, Boş sözlər özünə eyləyib yaraq, Sən seir adına nöqsan gətirmə. Şairlik dediyin,o,haqdan gəlir, Poetik aləmdə,maraqdan gəlir, İnsan zəkasından,soraqdan gəlir, Sənətə ədavət,salan gətirmə. Bayram da söz deyir,bax,şair deyil, Şeir dünyasına eyləyir meyil, Həvəsi olanda,qoşma da deyir,- Sənətə, qısqanc tək ,qalan gətirmə... |