0
Yorum
1
Beğeni
4,0
Puan
624
Okunma
Leyli ilə...
Qeyisin eşqi kədər keçdi əcəb Leyli ilə,
Dolandı səhraları, Məcnun kimi düşdü dilə.
Eşidib bu sevdanın eşqinə rişxəndlə gülən,
Verə bilməz qiyməti Əsli Kərəm dönən külə.
Fərhada dağ çapdıran eşqin danılmaz gücüdür,
Şirində sevda gördü, Fərhad eşqlə gülə-gülə.
Züleyxa qəlbinə sancılmadımı Yusif oxu?
Eşq budur,danammazsan eşq varlığın bilə-bilə.
Bayram eşq dərsin keçib,sınaqlı sərt yollar ilə,
Verib həyat ona da eşq sevdanı gilə-gilə...
2016.
4.0
100% (1)
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.