Gəzilir...
İnsan səhv eyləyəndə, günah zamanda gəzilir,
Bələdçi yolu səhv salır, səbəb dumanda gəzilir. Tamahkir molla çaşıb, tamahla yolun azanda, Səbəbi tamahda yox, inam imanda gəzilir. At ilə köpəyin də yerləri çaş – baş düşəndə, Ac qalır hər ikisi, günah samanda gəzilir. Ağılla iş görməyib, istək ilə iş görəndə, Alınmır səbəb isə , yanlış gümanda gəzirik. Hər kəsə qəlbimizi açıb, açıq söyləyəndə, Bizə qənim kəsilir, səbəb yalanda gəzilir. Ulağı çox yükləyib, hətta belin sındıraraq, Səbəbin düşünmədən, günah palanda gəzilir. Lal, kardı, həm də kordu, rüşvət verib susqun olan, Səbəbi yaltaq olan, rüşvət alanda gəzilir. Bayrama təsir edir qanuna baş əyməyənlər, Zəhərli insanlar çox, zəhər ilanda gəzilir. |