Kədər dumanı
Kədər dumanı
Dərd həsrət sinəmdə ocaq qaladı, Üzümü qarsıdı qəhər dumanı. Kösövü od salıb,alov alınca, Kor etdi gözümü kədər dumanı. Dünyanın odunu söndürsə külək, Külünü başıma sovurar fələk. Gecə intizarda alşan ürək, Tütər vüsalına səhər dumanı. İnsanlıq al-veri gedir hər yerdə, Mömini,dinsizi xəstə bu dərdə, Haqqın al günəşi qalıb geridə, Yuyur beyinləri zəhər dumanı. Qaranlıq zülmətdir inamsız bəşər, Bəşər tamam cahil,gumana düşər, Ruhuyla yaşayan yerdə göyləşər, Göylərin üzündən çəkər dumanı. |
Tek kelimeyle mükemmel dizeler okudum eyvallah usta
Kalemin susmasın
_________________________________Selamlar