- 903 Okunma
- 0 Yorum
- 0 Beğeni
KADİM YURDUM DERBEND
QƏDİM YURDUM DƏRBƏND
Dərbənd şəhəri Azərbaycnın ən qədim şəhərlərindən biri ol muşdur.
Bu şəhər hal-hazırda Dağıstan vi layətində Azərbaycanın şimalında Xəzər dənizinin sahi- lində yerləşir. Dərbənd haqqında latın,yunan, ərəb, rus, türk, gürcü və bir sıra mənbələrdə ətraflı mə-lumatlar verilmişdir.Əsas mənbə isə “Dərbəndnamə” əsəridir. “Dərbəndnamə”əsəri XII əsr- dən əvvəl yazılmışdır. 1064- cüilə qədərki hadisələrdən bəhs edən Turk dilindəki qə- dim variantını XVII əsrin so- nunda Məhəmməd Abavi Ağ- taşi tərtib etmişdir. Əsərin ruhundan onu bir tütkün yazdığı duyulur.Çünki burada əsas söhbət ərəb qoşunlarının Dərbəndi işğalından gedir. Eyni zamanda Xəzərlərin (TürkXəzər dövləti) Dərbəndi müdafiəsindən gedir.
Dərbənd şəhərinin salınma tarixini dəqiq müəyyənləşdirə bilməmişlər.Bir neçə dəfə aparılan arzeoloji qazıntılar zamamanı təxminən təyin edilmişdir ki, buradan tapılan əşyalar eramızdan əvvəl 7-6-cı əsrlərə aiddir.
Dərbənd dar bir keçid olmuşdur.Bir çox tayfalar Ön Asiyaya hücumları zamanı bu keçiddən istifadə etmişlər. Bütün ta- rix boyu bu keçiddə sədd qurulmuş və gözətçi məntəqələri qoyulmuşdur və Şimali Azərbaycanda əsas dayaq məntəqəsinə çevrilmişdir.
Tarixin müxtəlif vaxtlarında Dərbəndin müxtəlif adları olmuşdur. Bab, Bab əi -Hədid, Bab əl-Əbvab (ərəb), Dərbənd (fars), Dəmirqapı, Dəmirqapı Dərbənd (türk), TeymurKahalqa,Kahulqa (monqol), Şirvan Dərbəndi, Xəzər Dərbəndi.
“Kitab-i Dədə Qorqud” das- tanında Dərbəndin adı çəkilir. Dərbəndnamə əsərində məlumat verilir ki, Dədə Qorqudun qəbiri Dərbənddədir. XIV əsr müsəlman tarixçisi Fəzlullah Rəşidəddin ( 1318- ci ildə ölmüşdür) Tarixlər toplusu əsərində yazır ki, Nuh (əleyhisalam) dünyanı oğlanları arasında bölüşdürən zaman Türküstanı və ona yaxın yerləri oğlu Yafətə (Yafəsə) vermişdir. Türklərin təbirincə desək ona Olcay xaqan ləqəbi verildi.Olcay xaqanında bir oğlu oldu adını Dib
Yavqu qoydular. Onun da bir oğlu oldu, bir yaşında dili açıldı və özünə Oğuz dedi. Oğuz Böyüyüb xaqan oldu. Kürreyi-ərzi zəbt etmək üçün yürüşə çıxdı. Hindistanı,Çini, Maçini Başqurdustanı, Tatarıstanı el edərək oradan Dərbəndə yollandı və Dərbəndi də özünə ei etdi Dərbənddə qohum türk tayfaları yaşadığına görə oranı qarət edib nə də dağıtmadı. Oğuzun tarixi isə eramızdan əvvəl I minilliyə gedib çıxır.
“Kitab-i Dədə Qorqud”dastanından məlum olur ki, bu torpaqlarda Oğuz bəyləri hökmranlıq eyləyir. Bayandur və Qazan xanın hakimiyyətindən danışılır. Bu dastanın yazılma dili Azərbaycan türkcəsi ilə tamamilə üst-üstə düşür.Belə çıxır ki, Oğuz bəyləri bu yurdu elə Dərbənddən idarə edirlərmiş.VII əsrdən əvvəlki hadisələr ərəb işğalı zamanı yazıldığı güman edilir.
Sasani hökmdarı I Xosrov (531-579) Dərbəndi tutmuş və buraya üç min iran dilli ailə köçrtmüşdür. Eyni zamanda keçid də qala divarlarını yenidən tikmiş və oraya 5 minlik ordu yerləşdirmişdir. Lakin bütün by tədbirlər türk tayfalarının cə-
nuba axınının qarşısını ala bilməmişdi. Buradan belə nəticə çlxır ki, türk tayfaları Dərbənddə ( əv-vəllər orada yaşamasalar belə) başqa xalqlardan min il əvvəl yaşamışlar və məskunlaşmışlar
626- 627 illərdə xəzərlər Cəbə xaqanın başçılığı altında Dərbəndin divarlarını dağıdaraq Dərbəndə girdilər və iran dilli tayfaları darma-dağın etdilər. Dərbənd uzun müddət xəzərlərin cənuba hücum məntəsinə çevrildi. Ərəblər İslamı yayan dönəmlərində işğalçılıq siyasətinə başladılar. Bu dövrdə Dərbənd xəzərlərlə ərəblər arasında bir neçə dəfə əldən-ələ keçdi. 642-ci ildə ərəblər Dərbəndi ələ keçirdilər və qala divarlarını bərkidib istehkam yaratdılar. Buna baxmayaraq xəzərlər yenidən VII əsrin sonlarında Dərbəndi ələ keçirdilər.
Əl-Bəlazuri “ Kitab Fütuh Əl-Buldən” əsərində yazır. Ərəblər Azərbaycanı fəth edərkən 715-ci ildə ərəb sərkərdəsi Məsləmə Bab əl-Əbvab (Dərbənd) şəhərini yenidən tutdu.Bu zaman burada min xəzər ailəsi var idi. Onları məğlub etmək çox çətin idi.Onları mühasirəyə aldılar və üstlərinə daşla birlikdə daş şəklində dəmir yağdırmağa başladılar. Lakin bununda köməyi olmadı.Sonra onları mühasirədə saxlayıb sularını kəsdilər. Məsləmə şəhərə daxil olandan sonra Suriyadan 24 min ərəb əsgəri bura köçürüldü Sonra Azərbaycana Mərvan hakim təyin edildi. Mərvanla xəzərlərin müharibələri başladı.
Deyirlər ki, Mərvan xəzərlərin üstünə yeriyən zaman Böyük Xaqan bilmək istəyir ki,onların üstünə nə qədər qüvvə gəlir,saylarını biləndə xaqan dəhşətə gəlir. Mərvan ona İslamı qəbul etmək təklifi irəli sürür. Xaqansa cavabında deyir: - Məni İslama yönəldə bilən bir adam göndər. Mərvan ora adam göndərir. Budin xaqanın ağlına batır və İslamı qəbul edir. Mərvanla xaqan dostlaşır və xaqanı Dərbəndə hakim təyin edərək xəzərlərin orada yerləşməsinə razılıq verir. Əl-İstəxri(X əsr) “Kitab Mə-salik Əl-Məmalik” (Məmləkətlərin yolları kitabı) əsərində yazır. Bab əl-Əbvab şəhəri Təbəristan (Xəzər) dənizinin sahilindədir. Mərkəzdə gəmilər üçün liman vardır. Bu liman ilə dəniz arasında hər iki yandan sədd çəkilmişdir.Bu şəhər Azərbaycanda böyük şəhəriərdən biridir. O, hətta Ərdəbildən də böyükdür.
Haşimi əmirləri tərəfindən idarə edilən Dərbənd X əsrdə Şirvanşahların hakimiyyəti altına keçdi. Şirvanşahlardan asılı olan Dərbənd əmirliyi XI əsrin 1-ci yarısında nisbətən güclənmişdi. 1032-ci ildə rus qoşunları Azərbaycana şoxulmuş və qənimətlə geri qayıdanda Dərbənd keçidində şəhər əmiri tərəfindən məğlub edilmiş dir.
1225-ci ildə Çəlal Ələddin Xarəzmşah Azərbaycanı işğal edən zaman Dərbəndi də tutdu və buraya Dərbənd ətrafına 50 min ailə köçürtdü. 1239-cu ildə Dərbəndi monqol-tatarlar işğal etdi.Azərbaycana yiyələnmək üçün Dərbənd Qızıl Orda və Elxanilər arasında döyüş meydanına çevrildi. Elxanilər zəiflədiyi dövrdə yenə də Şirvanşahlar dövlətinin tərkibinə qatıldı. I İbrahim əslən Dərbənddən olduğuna görə onun sülaləsi Dərbəndilər adlanırdılar.
1395-1396- illərdə Teymur Azərbaycana soxularaq Şirvanşah İ İbrahimlə müqavilə bağladı. İ İbrahim ordularını Dərbənddə yerləşdirərək Qızıl Orda xanı Toxtamışı qarşıladı.Müharibələr döyüş meydanına çevrilən Dərbəndin həyatına ağır təsir göstərdi.
1509-cu ildə İ Şah İsmayıl (1501-1524) Dərbəndi tutdu.O, İraqda yaşayan bayatların bir hissəsini Dərbəndə köçürtdü. 1578-ci ildə Səfəvi-Osmanlı müharibəsi zamanı türk ordusu Dərbəndi tutdu.1606-cı ildə Osmanlı hakimi Həsən paşaya (Gizir paşa) qarşı üsyan baş verdi, Həsən paşa məğlub oldu.
1722-ci il avqustun 23-də rus qoşunu İ Pyotrun başçılığı ilə Dərbəndə daxil oldu. Rusiya-İran (12.09.1723), Rusiya-Türkiyə (12.06.1724) müqavilələri nə əcasən Dərbənd Rusiyaya birləşdirildi.1732-ci ildə İranla Rusiya arasındakı Reşt və 1735 ildə Gəncə müqaviləsinə əsasən Dərbənd yenidən Səfəvilərə qytarıldı.
XVIII əsrin ortalarında mərkəzi Dərbənd olmaqla Dərbənd xanlığı yaradıldı. 1759-cu ildə Qubalı Fətəli xan Dərbənd xanlığını Quba xanlığına birləşdirdi. 1774-cü ildə Əmir Həmzənin başçılığı ilə bir sıra Dağıstan və Azərbaycan feodallarının birləşmiş qüvvələri Dərbəndi mühasirəyə aldı. Dərbəndin müdafiəsinə başçılıq edən Fətəli xanın arvadı Tuti bikə şəhəri düşmənlərə təslim etmədi.
1796-cı ildə V. A. Zubovun başçılığı ilə 30 minlik Rusiya qoşunu Dərbəndi tutdu.
1813-cü il Gülüstan müqavilə sinə əsasən Dərbənd Azərbaycandan qopardılaraq Rusiyaya birləşdirildi.
Bəli beləcə parçalanmış Azərbaycanın müdafiə əhəmiyyətli bir şəhərini də itirdik.
TANRI axırından saxlasın!!
Seyraqif Coculu
YORUMLAR
Henüz yorum yapılmamış.