- 989 Okunma
- 0 Yorum
- 0 Beğeni
AZERBAYCAN HALK CEPHESİ GAZETESİ SABİT İNCE İLE RÖPORTAJ YAPTI
AZERBAYCAN HALK CEPHESİ GAZETESİNDE OKTAY HACIMUSALI’NIN SABİT İNCE İLE RÖPORTAJI YAYINLANDI
Dəyərlərimizi qorumalıyıq”
Sabit İnce: “Zamanın tələblərini qarşılaya bilən bütün dəyərlər yaşanmalı və yaşadılmalıdır
Sabit İnce 1954-cü ildə Türkiyə Cümhuriyyəti Nevşehir bölgəsinin Gerce kəndində doğulub. Kayseri Ticarət Liseyində təhsil alıb. 1976-cı ildə İstanbul İqtisadi və Ticari Elmlər Akademiyasından məzun olub. ANAYSAM (Anadolu elm və ədəbiyyat əsəri sahibləri) Birliyini qurub. Hazırda həmin təşkilatın sədridir.
- Özünüzü təqdim edərdiniz də oxucularımıza?
- 1954-cü ildə Türkiyə Cümhuriyyəti Nevşehir bölgəsinin Gerce kəndində doğulmuşam. KAYSERİ Ticarət liseyində təhsil almışam. 1976-cı ildə İstanbul İqtisadi və Ticari Elmlər Akademiyasından məzun olmuşam. Xüsusi sektorda müxtəlif vəzifələrdə, Torpaq İslahatı Kayseri Bölgə Müdirliyində mütəxəssis, Torpaq Məhsulları Ofisi Kayseri Bölgə Müdirliyi və Urfa Bölgə Müdirliyində mütəxəssis kimi çalışmışam. 1999-cu ildə xüsusi bir quruluşun müdiri ikən təqaüdə çıxmışam. Vizion Xarici Ticarət A.Ş.-ın idarə heyətində çalışmağa başlamış və qısa müddətdə müdirliyə kimi yüksəlmişəm. “Bizim Anadolu”, “Tərcüman”, “Hər gün” və “Türkiyə” kimi regional və ümumrespublika qəzetlərində yazar, müxbir, regional təmsilçi kimi çalışmışam. “Adət” və “Dövlət” jurnallarında da məqalələrimlə çıxış etmişəm. Kayseridə nəşr olunan “Kayseri şairləri antologiyası”nda və Adanada nəşr olunan “Ozanlar güldəstə şairlər” antologiyasında şeirlərim dərc olunub. Kayseridə yayımlanan “Erciyes”, “Elif”, “Başaq” kimi regional radio və televiziya quruluşlarında şeir və ədəbiyyatla bağlı verilişlərə qonaq kimi dəvət almışam. Kayseridə nəşr olunan “Yeni Kayseri”, “Kayseri hadisə”, “Kayseri Anadolu Xəbər”, “Ulduz xəbər”, “Kayseri gündəm” və “Kayseri Hakimiyyət” qəzetlərində “İncə vurğular” adlı köşəmdə yazılarım və şeirlərim nəşr olunmaqdadır. “Gülpınar”, “Yəsəvi”, “Ozan”, “Bizim Qurşaq”, “Kayseri Müasir”, “Sevgi Yolu”, “Ana”, “Erciyes”, “Çemen”, “Simav Anadolu”, “Yalağa” kimi jurnallarda şeirlərim hələ də dərc olunur. “Və eyni küləklə sovrulduq” adlı ortaq şeir kitabımdan sonra “Aşan atəşi” adlı ikinci şeir kitabım 1996-cı ilin iyulunda nəşr olunub. “Sirli söz” adlı şeir kitabı, “Anadolu Heca şairləri antologiyası-1, “Anadolu Heca şairləri antologiyası-2”, “Anadolu Heca şairləri antologiyası-3”, “Anadolu Heca şairləri antologiyası-4”, “Anadolu Heca şairləri antologiyası-5”, “Anaysam Şeir Antologiyasi-1”, “Anaysam Şeir Antologiyasi-2” şeir kitablarını 2000 -2001 - ci illərdə nəşr etmişəm. Şeir sahəsində “Ozan” jurnalından həvəsləndirici, “Bizim Qurşaq” jurnalından həvəsləndirici, məqalə sahəsində üçüncülük mükafatlarını almışam. Türk Xalq musiqisi ilə həvəskar olaraq maraqlanıram, klassik aşıq musiqisi janrında sözlərini yazıb bəstələdiyim 40 - dan çox türküm var. Hələ də əsas mərkəzi Kayseridə olan “ANAYSAM (Anadolu elm və ədəbiyyat əsəri sahibləri) birliyinə rəhbərlik etməkdəyəm.
- Müasir dünyada qloballaşma deyilən anlayışı necə qiymətləndirirsiniz? Sizcə, bu qiymətləndirmələr milli və mədəni dəyərlərimizlə üst-üstə düşməlidirmi?
- Qloballaşma çağın bir gerçəyidir və bundan qaçmağımız isə demək olar ki, qeyri-mümkündür. Ancaq qloballaşma anlayışının özü bütövlükdə milli və mədəni dəyərlərimizə uyğun gəlməlidir. Ortaq bir mədəniyyət əlbəttə, meydana gələcəkdir, amma milli mədəniyyətimiz və bizə aid olan dəyərlər də mütləq qorunmalıdır.
- Bu gün hər kəsin özünə xas dini və milli tolerantlıq anlayışı mövcuddur. Hər kəs bunu özünə xas bir şəkildə təbir edir. Bəs siz bu anlayışları necə qiymətləndirirsiniz?
- Dini və milli tolerantlıq mütləq şərtdir. Çünki insanları mütləq öz dini inanclarımıza inanmağa məcbur etməyə nə haqqımız, nə də səlahiyyətimiz çatır. Milli tolerantlıq olmasa, zatən faşizm və kommunizm kimi müasir olmayan hərəkatlar ortaya çıxmağa başlayar ki, bu da nəticə etibarı ilə insanlığın fəlakətinə yol açar. Necə ki, bir zaman bəşəriyyət bu dövrləri yaşamış və görmüşdür.
- Türk xalqlarının digər xalqlara göstərdikləri tolerantlıq sizcə, digər xalqlara nümunə kimi göstərilə bilərmi?
- Bəli, dünyada Türk xalqı qədər dini və milli tolerantlığa önəm verən ikinci bir millət olduğunu əsla qəbul edə bilmirəm. Bu ayrı bir xüsusiyyət, ayrı bir yaradılışdır. Onun üçün də digər millətlərə nümunə olması çox təbii bir haldır.
- Türk dünyasında son dövrlər birlikdə hərəkət edərək bəzi ortaq dəyərləri birlikdə yaşatmaq prosesi gedir. Sizcə, milli dövlətlərin yox olduğu dünyada, yeni bir sıra önəmli proseslərin yaşandığı dövrümüzdə bu cəhdlər nə qədər mümkündür?
- Əminliklə deyə bilərəm ki, bu vacib və eyni zamanda belə demək mümkündürsə, məncə, gecikmiş bir addımdır. Türk dünyası birləşərək hər mövzuda ortaq hərəkət etməli, birlikdə yaşamaq üçün ortaq dəyərlərini yenidən təyin edərək o dəyərlərə bağlı olaraq yaşamağı sınamalıdır. Bu meyarlar da keçmişdən və müasir dünyadan ilhamlanaraq yenidən təyin olunmalı və Atatürkün göstərdiyi hədəf olan müasir mədəniyyət səviyyəsinə mütləq çatdırılmalıdır.
- Sizcə, nələr edilməlidir? Çünki burada dini ölçünü əsas kimi qəbul edə bilmərik... Çünki türklər bir çox fərqli dinlərə inanırlar...
- Əlbəttə, milli birlik və bərabərlik əslində alınmalı olan ən mühüm qərarlardan biridir, amma ayrı dinlərə mənsub olmaları da elə bir ciddi maneə təşkil etməməlidir. Çünki bütün dinlərə tolerantlıq nöqteyi-nəzərindən baxılmalıdır. Təbii hörmət edilməlidir. O zaman bir problemin yaranacağını zənn etmirəm.
- Sizcə, Şərq-Qərb münasibətləri əlaqələri xristian-müsəlman təfəkkürü istiqamətində indiki vaxtda hansı ölçülərdə inkişaf edir? Cəmiyyətimiz öz mədəni və mənəvi dəyərlərini qorumaq adına daha hansı işlər görülə bilər?
- Şərq-Qərb münasibətləri əlaqələri çıxarlar və dəyərlər baxımından önə çıxdığı üçün istənilən şəkildə inkişaf etmir. Əgər insanlıq dəyərləri və insan ölçüsü önə çıxsaydı bu fərqli olardı. İnsanlıq və millətlər fərdin şərqli-qərbli, asiyalı-avropalı olması əhəmiyyətli deyil, əhəmiyyətli olan insanı ön plana alsaq və sevgini də əsas kimi qəbul etsək öz dəyərlərimizi qoruyaraq, digər insanların da həyat və inkişaf haqları olduğunu qəbul edərək, birlikdə yaşamağı öyrənməliyik.
- Nələri qorumalıyıq sizcə?
- Dini və milli dəyərlərimizdən müasir dövrə zidd olmayan, zamanın tələblərini qarşılaya bilən bütün dəyərlər yaşanmalı və yaşadılmalıdır. Bunlar da zaman-zaman nəzərdən keçirilərək ömrünü itirənlər varsa, bunlar da çağa görə düzəldilərək yaşadılmalıdır.
Söhbətləşdi:
Oktay Hacımusalı
Yazı KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyələşdirdiyi "Din və milli tolerantlıq, millətlərarası dialoqun və inteqrasiya prosesinin inkişaf etdirilməsi" layihəsi çərçivəsində təqdim olunur.
YORUMLAR
Henüz yorum yapılmamış.