- 460 Okunma
- 0 Yorum
- 0 Beğeni
Solmaz Şirvanlı Şirinde Şairin Özü.. / Hikmet OKUYAR
Bayrak Şairi Arif Nihat Asya ve Şiir Yorumcuları Haftası ( 05 / 11 Ocak 2019 ) Etkinlikleri kapsamında paylaşımlarımızı takip eden, okuyup beğenen, tavsiyelerle dağıtım yapan; güzel sanatlar öncüsü Canlara tebrikler, teiekkürler gönderirken; şiir yorumculuğunun da aşıklık ozanlık ve şairlik kadar değer arzettiğini önemli olduğunu vurgülarken Şair Gulqardaş Zülfüqarov’un " Şairlər gecə yatmır " adlı şeirinə nəzirə gönderen Şebingülü Solmaz Şirvanlı deyişini okudum bğendim değerlim diye diye paylaştım :
......
Şairin təkcə sözü var !.. / Solmaz Şirvanlı
*
Şairin nə gecə,nə gündüzü var,
Şairin nə dağı,nə də düzü var !
Şairi yaşadır arzu-xəyallar,
Şairin qələmi,təkcə sözü var !
*
Şairin gecəsi yuxuya həsrət,
Şairin qisməti qəm ilə möhnət,
Şairin ilhamı ana təbiət,
Şairin bir dili,bircə üzü var !
*
Çoxları şairə bəxtəvər deyir,
Şairin ürəyin qüssə-qəm yeyir,
Zamanın gərdisi qəddini əyir,
Şairin el üçün ağlar gözü var !
*
Hər kəs ki,bal kimi yatır yuxusun,
Götürür canının qara -qorxusun,
Şair gizli saxlar dərdin çoxusun,
Şairin içində alov-közü var !
*
Gəlin sındırmayın şair ürəyin,
Vaxtsız susdurmayin arzu-diləyin,
Nə olar dinləyin haqlı gileyin,
Hər daşın altında şair izi var !
*
Ötməyin yanından biganə kimi,
Baxmayın sairə divanə kimi,
Hər sözün, söhbətin əfsanə kimı,
Şair həqiqətdir,doğru sözü var !
*
Şolmaz şair deyil, şairanədir,
O Şirvan mələyi,bir əfsanədir,
Başdan-başa sirrdir,qaibanədir,
Qəlbində Tanrısı,Haqqın özü var !
*
Solmaz Şirvanlı
03-01-2019, Bakü / AZERBAYCAN
......
YORUMLAR
Henüz yorum yapılmamış.