- 601 Okunma
- 0 Yorum
- 0 Beğeni
Südabə İrəvanlı Şiiri : ALAÇIQDA../ Hikmet Okuyar
’’ Dağların ve Çobanların Şairi Bizim Hikmet ’’ duyarlılığımla okuduğuğum ve beğendiğim ilginç bir Şiir ALAÇOQDA Şiiri. Çok beğendim. Çok sevdim. Tebrik ediyorum..
*
Karagöl, Eğribel, Bozok, Kunduz, Delmece, Erciyes, Toroslar, Çambaşı, Sisdağı, Aymaç, Kümbet, Bektaş, Dikmetaş, Kayabaşı, Sarıçiçek yaylalarından; Çobanlar Çeşmesi başlarından, Çoban Barınaklarından ve Çoban Çadırlarından; ’’ Alaçıqda ’’ Şiirinin Şairi’ne de hayraanlarına da selam sevgi ve saygılarımızı gönderiyorum..
*
’’ Alaçıqda ’’ Şiiri daha çok okunsun diye özenle özlemle paylaşıyorum:
....
ALAÇIQDA.. / SÜDABƏ İRƏVANLI
*
Bulud da kövrəldi, leysan da yağdı,
Üzümdən öpəndə yar alaçıqda.
Bu dünya mənimçün cənnətə döndü,
Dağların qoynunda, dar alaçıqda.
*
Kədərim karvan tək düzüldü getdi,
Əlləri yaxamdan üzüldü getdi.
Çeşmə tək gözümdən süzüldü getdi,
Sinəmi göynədən qar alaçıqda.
*
Eşqin kəməndinə elə düşmüşəm,
Sevib seviləli dilə düşmüşəm.
Südabə ümmana.selə düşmüşəm.
Sehir də, sevda da var alaçıqda.
*
Onun cavabı..
*
Yarın ağuşua sığın gəl bəri.
Yara hədiyə ver şirin ləbləri.
Götür qucağına sıx bu əlləri
Əla gözəlliyi var alaçıqda...
*
(davamı)
*
Tumarla saçımı,oxşa əlimi,
Ruhumu canımdan al, alaçıqda.
Dola qollarını boynuma yenə,
Şirin xəyallara dal alaçıqda.
*
Yenə də açılsın qaşım-qabağım,
Titrəsin uşaq tək dilim-dodağım.
Şirin xəyallarım,sevdalı çağım,
Sübhəcən laylamı çal alaçıqda.
*
Vüsala vermişdi yerini hicran,
Nura bələnmişdi hər tərəf, hər yan.
Elə bil canından yarım verdi can
Salanda çiynimə şal alaçıqda.
*
Dedim Südabəni çəkərsən dara,
Gözünü gözümdən çəksən kənara.
Sevirəm söyləyib açıq - aşkara,
Dedi ki yanımda qal.alaçıqda.
.........
Dağların başından duman burula,
Nə göz həsrət çəkə, könlüm yorula.
Samavar qaynaya, kəkotu ola,
Qurasan bir gözəl pir alaçıqda.
*
Mənə gərək deyil var-dövlət, daş - qaş,
Eşqimiz göylərə ucalaydı kaş.
Qəlbimin nuruna boyana dağ - daş
Süzülə gözümdən nur alaçıqda.
*
Bir yanda yar ola. bir yanda özün,
Bir yanda sac altda ocağın - közün.
Həyadan - ismətdən qızara üün,
Gələndə göz - gözə bir alaçıqda.
*
Fikrim də qarışa, ağlım da çaşa,
Südabə Leyli tək dillər dolaşa.
Gözümün yaşına sevinc qarışa,
Axaydı çeşmə tək gur, alaçıqda.
*
Südabə İrəvanlı
Bakü / AZERNAYCAN
....................
YORUMLAR
Henüz yorum yapılmamış.