- 553 Okunma
- 0 Yorum
- 1 Beğeni
Seadet Novruzqizi Vatan Sadası../ Hikmet Okuyar
Şebinkarahisar Sevdası, Karadeniz Sevdası ve Türkiye Sevdası ile Şiir Dünyasına bakış yaparken; öz vatan topraklarına şiir yüklü duygularla göz atarken; Seadet Novruzqizi duygusallığında özellikleri güzellikleri ile yazılmış ’’ Vatan Sadası ’’ Şiiri düştü önüme..
*
Özenle ve özlemle oludum..Çok beğendim..
*
Dağların ve Çobanların Şairi Bizim Hikmet olarak; Seadet Novruzqizi imzalı ’’ Vatan Sadası ’’ deyişini; aynı duyarlılıkla ve şiir yüklü duygularla Can Azerbeycan Vatan Toprakları güzelliğinde çok okunsun çok tavsiye edisin dileklerimle paylaşıyorum..
*
Hikmet Okuyar
Şüsiyad Başkanı
........
BUTALAR BUTASI, SƏADƏT BUTA.. / Seadet Novruzqizi
*
Ey, şeir çələngi, qoşma butası,
Canının can odu, dərdi, qadası,
Oxudum yanqılı şeirlərini,
Qulağım eşitdi vətən sədası.
*
Adımız eynidi,taleyimiz bir,
Borçalı vətəndi, Şindimizdə pir,
Canımız yanıbdı tonqaldanda gur,
Gəl verək əl-ələ ay Səadət Buta.
*
Gəlmişəm dur gedək o,yaylaqlara,
Göz yaşından duru, buz bulaqlara,
Eldən ayrı düşən həsrət dillərdən,
Gəl salam aparaq o, diyarlara.
*
Açılsın dumandan başı Şindinin,
Gül açsin torpağı, daşı Şindinin,
Şeirlər bulaq tək çağlayıb,axsın,
Qurusun gözündə,yaşı Şindinin.
*
Sən kərənti götür, məndə dırmığı,
Misra yehrələyib, bəndlər bağlayaq,
Sən odunu gətir,məndə kixmığı,
Dağların başında ocaq qalayaq.
*
Bir haray,səs salaq obaya,elə,
Yığılsın ərənlər,toplansın köyə,
Aşıqlar buyursun,ozanlar gəlsin,
Səsimiz-ünümüz ucalsın göyə.
*
Aşıq Kamandarın sözündən deyək,
Mədəd Çobanovun özündən deyək,
Anaq, yad eyliyək o, ustadları,
Qoşmanın, şeirin gözündən deyək.
*
Gəzək Başkeçidi biz qarış-qarış,
Hər dağı, dərəsi ilahi naxış,
Yazdığım şeiri, bildiyim sözü,
Mən sənə danışım, sən mənə danış.
*
Danışaq bal kimi şirin ləhcəylə,
Ayaq yalın gəzək, daşlı küçəylə,
Acanda sərnicdən qatığı, südü,
Çəkək başımıza, içək çömçəylə.
*
Motal pendirindən fətirə bükək,
Soğandan dişləyib, dürməkdən yeyək,
O,buz bulaqların sərin suyundan,
Ürəyi doyunca əyilək, içək.
*
Gəl gedək dağlara, həsrəti boğaq,
Yenidən doğulaq, yenidən doğaq,
Minək köhlən ata, çıxaq Şindiyə,
Dağ çəkək fələyə, biz onu yoraq.
*
Kolların dibindən bənövşə yığaq,
Çiçəkli taladan nərgiz toplayaq,
Həsrəti, niskili, dərdi, azarı,
Axar bulaqların suyunda yuyaq.
*
Sən başı bəlalı, mən canı yanmış,
Sən təkcə yaşamış,mən tənha qalmış,
Gəl duraq üz-üzə şeirlər deyək,
Unadaq həyatda nələr, nə olmuş.
*
Seadet Novruzqizi
Bakü / AZERBAYCAN
.........................
YORUMLAR
Henüz yorum yapılmamış.