Özümə ilk hədiyyəm
Həyatda hər bir insanın özəl, ona aid bir günü
olur. İnsan özünü bu günün qəhrəmanı hiss edir bir növ… Mənim də belə günüm 8 avqustdur.
Amma nədənsə hər ad günümdə çox qəribə hisslər keçirirəm… Sözlər, sətirlər, cümlələr ifadə etməz bu günün xüsusiliyini… elə qəribədir ki təsüratları… elə bənzərsizdir ki yaşatdıqları… Bu günü insan nədənsə etinasız yaşaya bilmir… Geriyə yaşadıqlarına nəzər salmaya bilmir… Dönüb arxasına boylananda istər kədərqarışıq təəssüf , istərsə də “kaş ki” deməyə səbəb axtarmaya bilmir.
Bütün yaşadıqlarını kino lenti kimi yaddaşında canlandırmaya bilmir. Hər keçən il insan məsuliyyətini daha da artırır… Bəzən zamanı dondurmaq istəyirsən amma
zaman öz hökmünü özü verir axı… Hakim odur…İllər, saatlar saniyələr onun hökmüylə dönür… Bəs görəsən niyə uşaqlıqda tez böyüməyi arzuladığımız halda indi zamanı dondurub, ya da arxaya çevirib
uşaq olmaq istəyirik… Bəlkə qayğılardan
məsuliyyətdən qaçmaq istəyirik… “keçən günlərimi qaytaraydılar,gələn günlərimi qurban verərdim”-
deyirik… Artiq ömrün 25 ili geridə qalir.Amma hər halda geridə buraxdığımız acılı- şirinli günlərlə, anlarla, saniyələrlə bərabər
yaşadığımız hər yaş bizimdir… Elə yaşamalıyıq ki, geri boylandıqda etdiyimiz əməllərdən xəcalət çəkməyək, əksinə yaşadıqlarımızdan qürur duyaq, onu gələcəyimizə bir stimul, bir bünövrə hesab edək…Bu gün mənim günümdür- ad günümdür. İnsanlar zəng edir… təbrik edir…
Yaddaşlarda olduğum üçün sevinirəm… zəng
edənlər, axtaranlar, yada salanlar varsa, deməli kimlərinsə qəlbində iz salmışam… Xatırlandığım üçün sevinirəm… Amma
qəlbimdə bir hüzn var sanki… “İllər nə tez keçdi?”….
YORUMLAR
Henüz yorum yapılmamış.