"SƏNİ GECƏ YALVARACAM TANRIYA" isimli şiir 11.9.2018 14:46:35 Edebiyatdefteri.com Web Zamanında Edebiyatdefteri.com Sunucularına Yüklenmiş/Güncellenmiştir.
Edebiyatdefteri.com sunucularına yüklenen veya güncellenen şiirler web zaman damgası ile işaretlenir. Web zaman damgası ile işaretlenen şiirleri sertifika zamanında yer alan bilgilere göre doğruluğunu taahhüt eder.
Detaylı Bilgi İçin Tıklayın.
*** *** Yatammıram başım altı çörəksiz, Yatammıram işıqlarım sönülü. Sağım, solum buz kimidir.İçim də. Kim ovutsun bu biçarə könülü. * Deyirlər ki,yastığını çevir yat, Qorxuram ki,kəm yuxuma gələsən. Bilən varmı çevirməyin təhrini, Həm yanıma,həm yuxuma gələsən. * Cəhənnəmə ciyərimə ziyandır, Bir siqara yandıracam səninçin. Bir qədəh də şərab süzüb içəcəm, Allahı da qandıram səninçin. * Sənin üçin ağlayacam Tanrıya, Dil deyəcək dodağımın sən yerı. Səni gecə yalvaracam Tanrıya, Utansa da saçlarımın dən yeri. * Sənin üçün qapanacaq gözlərim, Sənin üçün yatacağam bu gecə. Xəyalların naməhrəmi günahsa, Günahına batacağam bu gecə. ***
Sitemizde daha iyi hizmet verebilmek için sitemizde çerez kullanılmaktadır.