"Bəhri təvil" isimli şiir 2.10.2017 12:45:06 Edebiyatdefteri.com Web Zamanında Edebiyatdefteri.com Sunucularına Yüklenmiş/Güncellenmiştir.
Edebiyatdefteri.com sunucularına yüklenen veya güncellenen şiirler web zaman damgası ile işaretlenir. Web zaman damgası ile işaretlenen şiirleri sertifika zamanında yer alan bilgilere göre doğruluğunu taahhüt eder.
Detaylı Bilgi İçin Tıklayın.
Dolanıb gəldi məhərrəm, gözün aydın ola şeytan! Düşəcək çox yerə matəm, çıxacaq can, axacaq qan, boyanar qırmızı meydan, olacaqlar sənə qurban, yığılıb bir neçə insan, salacaq məscidə üsyan, gələcək mərsiyəxandan, yeni bir mərsiyə candan oxuyarkən həyacandan, qoyacaq gözləri giryan, eliyib milləti heyran iki sözdən, vura dizdən, sora gözdən, atacaq cırmağı üzdən, arabir yoxla nəbizdən ki, ürək vurdu ya durdu, bu hüzurdu? – bu çuxurdu, yenə xoşbəxt ola İran bu günə qoydu bu yurdu! Nəyi pisdir? Gözəl hisdir, bir hədisdir, yaradırlar, yaşadırlar, hələ bunlar maşadırlar, yəni molla, iki qolla, eliyib təbliği yolla, təzə əmmamə çıxolla, min üsulnan, variantnan alacaq səhnəni rolla, danışıb bir iki hikmət, bürüsün milləti heyrət, sora əlbətdə rəvayət, olacaq gülməli söhbət, quracaq bardaşı rahət, edəcək milləti də’vət, bu məhərrəm ətirinnən duya millət, ala ləzzət, sizə cənnət ola qismət, güya ənbər qoxusundan, ona bənzər qoxusundan, bu məhərrəm eləmir fərq, ama gəl tər qoxusundan boğularsan, aman Allah bu nə ikrah? Ey ümidgah! Elə agah, ola islah. Yenə eybi yoxdu vallah deyəcəklər bu cavanlar, inananlar, qocamanlar, ürəyi eşqə yananlar o qəzəldən nəyi anlar ki, vurur şillə üzünnən, vay aman getdi özünnən, biri bəsdir, ə nə bəsdir?! Vuracaq xalq əvəzinnən. Bəsdi qardaş biri bəsdi, bu qədər vurma əbəsdi, yenə vur bir dənə vur ki, sənə bəsdi çoxu nəsdi, buların əqli şikəsdi, bu inanc bağrımı kəsdi, bu nə eşqdi, nə həvəsdi? Ürəyim bulandı əsdi. Gözün aydın ola şeytan! Qan tərdədi nadan. Üsyandadı insan. Qırx gün bu müsəlman, Olsun sənə mehman.
Müəllif: Anar Əhəd
Sitemizde daha iyi hizmet verebilmek için sitemizde çerez kullanılmaktadır.