"YÜREĞİ TAŞ OLMAZ TOPRAK ADAMIN" isimli şiir 6.6.2017 19:54:00 Edebiyatdefteri.com Web Zamanında Edebiyatdefteri.com Sunucularına Yüklenmiş/Güncellenmiştir.
Edebiyatdefteri.com sunucularına yüklenen veya güncellenen şiirler web zaman damgası ile işaretlenir. Web zaman damgası ile işaretlenen şiirleri sertifika zamanında yer alan bilgilere göre doğruluğunu taahhüt eder.
Detaylı Bilgi İçin Tıklayın.
*** Mən hələ özümdən kənar gəzirəm, Mən hələ özümə qayıtmamışam. Qoyduğum papağı asdığım yerə, Verdiğim sözümə qayıtmamışam. * Çox oyun oynadı dilim başıma, Hələ o dilimlə,başımlayam mən. Anam deyərdi ki,daş ayaqlıyam, Elə o ayağım,daşımlayam mən. * Hələ məclislərdə deyilmir sözüm, Hələ şərafətim,sağlığım durur. Elə o adamam-sadəlöhv adam, Durur əfəlliyim,vağlığım durur. * Pasna basdıranı söyərdi,indi Qoruqçu saxlayıb dədəm yurduna. Elə çirginmişəm qayğılarından, Ürəyim atlanmır gedəm yurduna. * Verdim öz əlimlə qazandığımı, Qalandı içimdə tonqala yerim. Ha çalır qollarım, öhdedəmmirəm, Qalıb gicitgənə,qanqala yerim. * Çuğullar,şeytanlar kolbaşı,burda Namərd ayağıyla mərd ayaqlanır. Köyün içindəki o yollar ki,var Yüz yerdən üstümə dərd ayaqlanır. * Dörd fəsil tarixin günahı belə, Başına tökülür yarpaq adamın. Yalandır torpaqdan yarandığımız, Ürəyi daş olmaz torpaq adamın. ***
Sitemizde daha iyi hizmet verebilmek için sitemizde çerez kullanılmaktadır.