ELNURƏ AĞAZADƏ_AZƏRBAYCAN ŞAİRİ
ELNURƏ AĞAZADƏ_AZƏRBAYCAN ŞAİRİ.
Dünya yarananda lal idi insan, Şüuru olmayan can idi insan Dünyanı insana tanıtdırdı söz, İnsan ağlına hakim oldu söz. Sözdən inci kimi düzüldü cümlə, Hissi fikirlə yaşatdı cümlə Tanrı ilhamı verdi şairə, Şair sevdirdi şeiri qəzəllə. Söz nəsihətdir elin sərvəti, Azərbaycandır şairlər evi Mənim vətənimdir şerin eşlçisi Muğam üstündə qəzəl sevgisi. Ağıllı insan bizdə yarandı, Xeyir şər üstündə qələbə çaldı Bizim ocağımız odla qalandı, Zərdüşt Avesta yazdı bizlərə qaldı. İkinci minlillik əvvəli başdan, Dünyaca məhşurdur bu böyük dastan Ərlərə ad verdi dədəmiz ozan Bir tarix yaratdı dastanı yazan. Dövrü tələb etdi farsca o yazdı, İlk divanı Qətran yaratdı Şahlar sarayında zaman şairi , Yaratdı yaşadı tarixdə qaldı. Nizami yaşadı böyük Gəncədə, Beş ulduz yaratdı beş əsəriylə Məcnunu sevdirdi gözəl Leyliyə Fərhadı dağ yardı Şirin xətrinə Çox şerin əruzla yazdı, Mənzum romanı ilk o yaratdı Affaqı çox sevdi qəlbinə saldı , Gəncəvi adıyla tarixdə qaldı. Rübai ustadı gözəl Məhsəti, Nizami kimi sevgi əsiri Təbrizlə,Şamaxı oldu vətəni Xəqani yazdı ilk nəsr məsnəvi. Doğma dilimizdə olan ilk şeiri, İzətdinin bizə ilk hədiyyəsi Divanı sevildi oldu bəzəyi, Şeyx Səfi ondan qalmadı geri Tənqid etdi kini küdrəti , Bəlli olmasada yazan əsəri Ana dilində ilk poemadır, dastan Əhməd hərami. Nəsimi sənətdə idealım şair, Haqq ədalətin vurğunu şair Sevdi ana dilini vurğundu şair, Söz üçün çarmıxa çəkildi şair. Şah vurğun idi söz sənətinə Xətai tanıtdı hecanı bizə Düşmən məğlub oldu igid səsinə, Tuyuq yadigardır Qazidən bizə Dünyaca məhşurdur şair Fizuli, Qəzəl ustadı nisbə Bağdadi Ana dilində yazdı ilk nəsri, Xətayiyə həsr etdi Bəngu Badəni Bu dövr sayılır intibah dövrü, Ustad aşıqların qoşmaya şövqü Sevən aşiqlərə dastanlar qoşan, Dədə Ələsgərin söhbəti sözü Koroğlu düşmənin qənimi idi Çənlibel igidlər oylağı idi Abbas Gülgəzin ,Əsli Kərəmin Nəbi Həcərin aşıqı idi. Yaxşı dost idi Vidadi Vaqif, Qoşmanın ustası sayılır Vaqif Qasım yazdı neçə gəraylı Yaxşı aşıq idi yaxşı Qurbanı İslama,türklüyə ,müasirliyə, Haqqa səslədi Zənburla İrşad Sevgiyə ,dostluğa ,həmrəyliyə, Birliyə gətirdi Şəlalə, Həyat İlk mətbu orqandır Molla Nəsrəddin, Banisi Cəlildir real tənqidin Gülüş avamlığı yox etdi çətin, Dünyanı heyran etdi ustadı şərqin Əlibəy sevdi vətəni ,eli, Fjuzat jurnalı onun sərvəti Qeyrət qəzetin sevib sevdirdi, Ömər Faiq həyata verdi dəyəri İlk qəzet yarandı adı Əkinçi, Təbliğ etdirdi daim maarifi Tanıtdı sevdirdi daim ölkəni, Qəzet banisi Həsən Zərdabi Dağılan tifaqı,Bəxtsiz cavanı , Əbdürrəhim yazdı Pəri Cadunu Mirzəli yazdı neçə yumoru, Qəmkusarın vardır çox felyetonu Qoca tacirin cavan aşiqi, Üzeyrin əsərdə oldu hədəfi Dünya tanıdı böyük dahini, Zirvəyə ucaldı hər bir əsəri Sabir kasıbların atası idi, Sözü tənqidlə vurası idi Mirzə satiranın banisi idi, Hədəfi nişan alan bir ustad idi. Kino səhnəsində vardır zəhməti, Cabbarın Oqtayı səhnə igidi Sevil qəhrəmnı səhnə zinəti, Alması Aydını bizə sevdirdi Vəzn yaratdı Cavid həzəci, Adı Hüseyn idi Gülçin ləqəbi Ana faciəsi mənzüm əsəri, İlk mənzum dramın odur banisi Himnin banisi Əhməd Cavaddır, Bayraq bu himn ilə ucalacaqdır, Müşfiqin ,Almasın,Seyid Hüseynin, Məmməd Əminin ruhu şad olacaqdır Ordubadi yazdı Dumanlı Təbriz Ölkədə tanındı şanı şöhrəti İstiqlal şairi Məhəmməd Hadi, Sevdi vətəni o hürriyyəti O şair idi o həkim idi, Vətəni sevən bir xadim idi Tarixi əsərin əsasın qoyan, Nərman ölkənin banisi idi Fridrix tərcümə etdi şerini, Yad eldə sevildi bir çox əsəri Almanlar tanıdı sevdi Vazehi, Bizdə yada salaq dahi şairi Vətəndən uzağa düşdü Banin Qəriblik həsrəti çəkdi Banin Şerlər namətək yazdı Banin, Azadlıq eşqilə yandı Banin Qasım bəyin maraqlı təmsilləri, Əzbər bilik satirik şerləri Durnalar şerində vardır kədəri, Qasimə Şakirə yazdı naməni Seyid nəvəsi Əzim Şirvani, Sabirtək sevildi hər bir əsəri Bizlərə nəsihət cümlə məsəli Gəlin yada salaq sevək şairi Yusif Vəzn yazdı fəlsəfi roman, Qızlar bulağını odur yazan Fətəli sayılır novator şair , Komedi banisi bizim bu nasir Bakıxanov yazdı Gülüstan İrəm , Məclislər vardır ölkədə bu dəm Ordubadda yarandı Əncüməni Şüara, Lənkəranda vardı Fövsi füsaha Xan qızı xanım idi Xanım Natavan , Qarabağ gözəli şair Natavan Qəzəllər yaratdı aşiqlər heyran , Ona heyran oldu dünyavi cahan İsmayıl bəy yazdı andı duyguyla İlk hekayədir Bahadır Sona Müşfiqə yazdı böyük poema, Rəsul Rza andı onu duyğuyla Meyxana ustadı Əlyağa Vahid Qəzəl aləmində sənətə sadiq Uşaq şairi idi Abdulla Şaiq Abbas sənətdə sənətə sadiq Səməd Təbiətin vurğunu idi, Elin obanın şairi idi Məktəbli yaddaşı tarixçəsində, Mirvari poeziya şairi idi Heydərbabaya yazdı naməni, Arazın həsrətlə çəkdi qəmini Savalan dağına dedi dərdini, Şəhriyar şeirlə tapdı təsəlli Səhnədə sevildi neçə əsəri, Pyes Atayevlər İlyas əsəri Süleyman sənətə verdi dəyəri, Hər bir əsəri vətən sərvəti Dəli Kürü yazdı İsmayıl Şıxlı, O əsərki vətənə bağlı Bizə gülüş bəxş etdi sevdik hicranı, Unutmayaq gəlin Sabit Rəhmanı Neçə qurban getdi Azadlıq üçün , Söz sözə qoşuldu bir ağı üçün Ş əhidlər şerini yazdı Bəxtiyar , Hər məzar başında bir ağı üçün Qızıldan itidir sözün dəyəri, Qızıldan dəyərli sözün qiyməti Gözəl şeri şirin nəğməni İlyas Tapdıq yaşatdı hər bir əsəri Gülhüseyn sevdirdi nəsirlə şeri Mən ondan öyrəndim mənsum şeiri Qabilin ilhamı vətənə sevgi Məmməd Arazındır torpağa mehri Yaltaq insanın düşməni idi, Yalan danışanın qənimi idi Doğru danışanla ortaq fikirli, Baba Pünhan tənqid ustadı idi Dillərə əzbərdir Nüsrətin şeri, Nəğməkar şair tək çəkilir ismi Hər bir tələbənin dilində əzbər, Nərman yazdı gənclərə əsər Əlibala yazdı itkin gəlinin , Eşq sultanı var Əzizənin Bu gün məhşurdur bu əsər yəqin Sona və Nino Qurban Səidin. Unutmadım Nurəngiz Nuru, Gözəl xanım idi üzü nurlu Qaldı şerləri nakam dünyada Yad edəcək məzarda ruhu Anarın hər bir əsəri sevdiyim əsər, Təhminə Zauru dillərdə əzbər Çingiz dedektiv yazdı çox əsər, Hər bir əsəri dünyanı gəzər Neçə unudaq qanlı yanvarı , Qətl günü romanı ona yazılı Yusif Səmədoğlu tarixi andı, Bu əsərlə tarix yaşadı Gözəl nəsihətdir atamın Kitabı Poemaa sahibi Sabir Rüstəmxanlı Gözəl əsərlərin sevərək tanı, Roman Nasiri Vidadi Babanlı Vüqar Əhmədin ana laylası, Hər bir düyünün arzu duası Afaq Məsudu Fikrət Qocanı, Əsərin oxuyub dahitək tanı Daim xalqına olmuşdur dəstək, Zəlimxan elinə arxadır kömək Söz sənətinə daima örnək, Şair sənətini zirvədə görək Yanar ürək sevdiyim roman, İsa Hüseynövdan bizə ərməğan Elçin böyük bir əsəri yazan, Mahmudla Məryam tarixi roman Hər bir əsəri vətənə bağlı , Qənirə ölkənin şöhrəti şanı Belə gözəlin əvəzi hanı, Dünya türk qızını Tomristək tanı Dahi Heydər nəvəsi Leyla , Həzin şerlərin ustadı Leyla O gözəl xanımdır o gözəl ana, Hələ çox ölkələrə atacaq imza Qurtuluşa sevindi, Ulu öndərə həsr etdi Xəlil Rza Ulutürk Dədə Heydər Atatürk Abidə yaratdı xoş əməliylə , Tarix yazdı hər əsəriylə Gülağa Tənha xoş əməliylə, Sənətdə iz qoydu dəsti xəttiylə Şair gənclərin dəstəyi olan Əkbər Qoşalıdır onlara başqan, Od ərlər əsəri fəlsəfi roman Şamil Sadiq əsərin mətnini yazan, Dəstək gənc şairlərə, Gənc yazarlar birliyi , Gənc ədiblər birliyi Örnək olur bizlərə Gülnarə, Pərvanə ,Nuranə şair , Könül Nazimqızı nəğməkar şair Xəyal ,Kənan, Emin kimi Hələ neçə neçə gələcək şair Göydə ulduz qədər şairim mənim, Bir şeir bəs etməz ismi qeyd edim Bütün şairlərdən yazsa qələmim , Gərək bir əsər üstə ömür biririm Mən bu elə yurda bağliyam, Şairlər yurdunun şair qızıyam Mən bu elə bir can borcluyam, Elnurə adımla iz qoyasıyam 8 sentyabr 2015 |
Taktirlerimle kutlarım...
...................................... Saygı ve Selamlar.