Elnurə Ağazadə-Matəm edir bu gün sizə
ElNURƏ AĞAZADƏ_Matəm edir bu gün sizə
Yaraşmayır ağı sizə, Necə deyim layla sizə? Gözdən axan yaşım belə, Qəm ağlayır qəminizə Matəm edir bu gün sizə *** Gözünüzlə nələr gördüz? Odlu alova büründüz O dəhşətə necə dözdüz, Bu dünyanın özü belə, Matəm edir bu gün sizə *** Günahınız nəydi sizin? Necə qıydı sizə fələk Qəlbinizdə neçə dilək? Xeyri yazan hər bir mələk Matəm edir bu gün sizə *** Yanğın sizi qurban aldı, Oyuncağın, arzun yandı Ana deyən dilin yandı Fərəh ,Ayan yerdə-göydə Matəm edir bu gün sizə *** Bu yazıydı bəxtinizə, Xatirəniz qaldı bizə Ağuşunda torpaq belə Qan ağlayır isminizə Matəm edir bu gün sizə *** Elnurəyəm bir şairəm, Necə yazım şeir sizə Sözlər misrada belə ,Rəhmət deyir hər birnizə Matəm edir bu gün sizə. |
Birisi daha 5 aylık olan üç çocuk için yüreğim dağlandı...
Şu mübarek cuma günü tüm dualarım onlar için olsun...
Mekanları Cennet olsun.
Allah yakınlarına sabırlar versin...
Türk Ulusunun başı sağolsun.