Məmməd Arazın
Elnur Rəsuloğlu (Əliyev)
Kədərə qərq edib Azərbaycanı Ağlatdı vəfatı Məmməd Arazın. Nə qədər dünya var yaşayacaqdır, Bitsə də, həyatı Məmməd Arazın. Fırçatək yaratdı min rəng qələmi. Mizrabtək yaratdı ahəng qələmi. Həqiqət uğrunda tüfəng qələmi, Söz oldu sursatı Məmməd Arazın. İti qələmiylə söz kəsarəti Qaldırdı ayağa xalqı, milləti. Fəxri təltiflər yox, xalq məhəbbəti Oldu mükafatı Məmməd Arazın. Bütün aləm nura boyanıb durur, Yatmış gözəl hislər oyanıb durur, Gözlərim önündə dayanıb durur Çəkiləndə adı Məmməd Arazın. Qəlbinin bəhəri sözləri oldu. Açılan səhəri sözləri oldu. Ölməz əsərləri, sözləri oldu Bizə amanatı Məmməd Arazın |