Mənim arzum
Elnur Rəsuloğlu (Əliyev)
Xatirələr yığın-yığın, Ürəyimdir apardığın. Əllərimdən qopardığın Rahatlığım, dincliyimdir, Cavanlığım, gəncliyimdir. Yaralarım düyün-düyün, Bununla sən fəxr et, öyün. Vüsal oldu çox gördüyün. Həsrət çəkib qoşun gəldi, Sənin bundan xoşun gəldi. Eşq havası başdan getməz, Səsim, ünüm sənə yetməz, Kişi olan qarğış etməz. Arzum budur mənim sənə: “Sevgim olsun qənim sənə”. |