Ayrılığın cəfasını çəkirəm...
Ayrılığın cəfasını çəkirəm...
Sevgi busa istəmirəm sevgini Sevgi busa yazılsın qoy əsəri Sevgi busa yaşamağa dəyərmi Ayrılığın cəfasını çəkirəm Hər üzdə hər yerdə səni görürəm Hər yetənlə sənli günü bölürəm Hər sözünü sənsiz sənli sevirəm Ayrılığın cəfasını çəkirəm Dostlar məni hər anımda qınadı Günah məndə deyib məni danladı Göz yaşlarım məni bircə anladı Ayrılığın cəfasını çəkirəm Xəyallar qururduq səninlə birgə Atdın məni sənsiz olan kədərə Deyirdin bəs oxşayıram mələyə Ayrılığın cəfasını çəkirəm. Sus bir daha danışmağın yeri yox Bilirəm ki sənin mənə sözün çox Daha mənim yalan sözə ruhum tox Ayrılığın cəfasını çəkirəm Dəniz həmdəm olacaqdı bil sənə Üstün gələk gəl bir yerdə kədərə Tale güləcəkdir sənin üzünə Çəkəcəkdir ayrılığın cəfasın Xəyalə Dəniz |