Hərdən...
Hərdən...
Hərdən yağış olub göydən yağaram Hərdən şimşək olub yerə çaxaram Hərdən də lal olub sənə baxaram Yazılan taledi məndə nə günah Hərdən meh olaram yanaqlarında Hərdən şeh olaram dodaqlarında Hərdən də gül olub ovuclarında Yazılan taledi məndə nə günah Hərdən coşuram mən dənizlər kimi Hərdən də susuram kənizlər kimi Hərdəndə yanıram bəxtsizlər kimi Yazılan taledi məndə nə günah Hərdən bahar olub qışı anıram Hərdən bir eşq olub qəlbə axıram Hərdən də sevgiyə həsrət qalıram Yazılan taledi məndə nə günah Hərdən gün olub şəfəq saçıram Hərdən ulduz olub göyə çıxıram Hərdəndə sahilə Dəniz oluram Yazılan taledi məndə nə günah .Xəyalə Dəniz |