Niyə sıxılıram
Niyə sıxılıram, niyə?! bilmirəm,
Allahım, nə olar yardım et mənə. Dərdimi heç kimə deyə bilmirəm, Allahım, nə olar möhtacam Sənə. Bəzən düşünürəm ki, dərdim nədir, Doğrusu, bir cavab tapa bilmirəm. Hər günüm, hər vaxtım, anım belədir, Nə olubki mənə? bilə bilmirəm. Sanki bu köksümdə çırpınan ürək, Heç mənim deyilmiş, məni dinləmir. Məcburam buna ki, daha mən gərək, Boş verim qəlbimi, mənə işləmir. Döyünsün özünə, düşsün özünə, Danışsın, deyinsin, dinsin özünə, Nə bilim, nə edir etsin özünə, Nəyimə lazım ki, mənə işləmir. Xəyallar əlindən cana doymuşam, Xəyallar əlimi tutub aparır. bilmirəm realda harda qalmışam, Xəyallar dünyadan məni qoparır. Nə deyim mən sənə, nə deyim indi? Nə etsən də Loğman, ürək sənindir. Şikayətçi olsan nə dəyişəcək ki? Qəbul et hər şeyi, bu qədərindir. Allahım, qədərə razı et məni, Qoyma şəkva ilə ah-nalə edim. Allahım, rizana qul eyle məni, Qoyma ki, naşükür yolunu gedim. Sıxıntı Səndəndir, üzüntü Səndən, Allahım, fərahlıq lütf eylə mənə. Şikayətçi olsam mən öz halimdən, Allahım, bağışla, rəhm eylə mənə 29.09.2014 23:25 Loğman Əsgərov |
Kutluyorum usta kalemi
Yüreğine sağlık
Kalemin susmasın
___________________________________________Selamlar