Gecə
Gecə, başqa bir aləmdir
Gecə, mənim bəhanəmdir Ürəyimi boşaltmağa Sətir-sətir varaqlara Gedirəm çox uzaqlara Xəyalların ovucunda Bilməm hara?! Gecə, başqa bir aləmdir Alir məni ağuşuna Kədər kimi bir qoşuna düşmən edir Tək başına. Şikayətim yoxdu yenə, Gecə, mənim şəhanəmdir. Zülmət otaq, Soyuq yataq, Qonağımsa, yenə qəm’dir. O sehirli çubuğunu gecə, nə olar mənə dəydir, Uzaq olum dərdlərimdən. Agah olma sirlərimdən Danışmayım. Ürəyimi gizli tutum. Qoy bilməsin heç kəs mənim dərdlərimi Mənə qalsin. Qoy tanısın hamı məni xoşbəxt biri Belə qalsın Dəyişməsin insanların fikirleri Mənə qarşı Gecə, sənsən gözlərimdə görən yaşı Gizli saxla! Sen de ağla! Bir dost kimi, Təsəlli ver ürəyimə. Yadda saxla! Sirdaşım sən, Yoldaşım sən. Gecə, sən də vəfasızlıq edib birdən, atıb məni getmiyəsən!? Tək qalaram, Çox dolaram, Ağlayaram... Duymaz mənim səsimi kimsə, mən yanaram İnan, sənsiz odlanaram ürəyimdən. Gecə, anlayırsan sən məni? Nə deyirsən? söz verirsən? Susma nə olar bir cavab ver yoldaşına Güvenimmi sənə hər an? keçsə zaman... Yenə mənlə dost qalarsan? Görüşünə gəlməsəm mən darıxarsan? Yoxsa, sən də dərdlərimdən usanarsan? 24.12.2014 Loğman Həsənoğlu |
Alkışlıyorum güçlü kalemi
Yüreğin var olsun
______________________________________Selamlar saygılar
Geçeler ayazdı üşüyürem men
Hardasan qoynuna al yatır meni...... diye bir şiirim vardı usta