"Gülüşdür"
"Gülüşdür"
Bir üzdə bəzək tək,himayə dərdə, Ürəyə cah-cəlal,sərvət gülüşdür.. Bəzən də,dərdlərin üstündə pərdə, Dərdləri gizlədən,məlal gülüşdür.. Xəyallar girdikcə hər dondan-dona, Gerçək də,yar olub,bağlanır ona, Bəzən də,xəyalı yetirən sona, Təsadüf önündə,o lal gülüşdür.. Yaşama,sabahda ötən dünəni, Bütün xatirələr unudar səni... Saçına,zamansız düşən hər dəni, Kədərdən gizlədən əhval gülüşdür... Haqq üçün,öncədən əzab çəkərsə, Sonradan,rahatlıq tapar o kimsə... Çəkdiyim əzabdan razıyam desə, Üzdəki o qüdrət,kamal gülüşdür... Necə amansızdır,nazı afətin,., Sevənə yaşamı eyləyər çətin.. Axı sevən üçün,saf məhəbbətin, Lətafəti hüsnü-camal,gülüşdür... Uçmaz səadətdə məğrur təmələ, Zərif məlahət tək,saf-pak əmələ, Ürəyə muraddan uzanan ələ, Bütün ürəklərdə,amal gülüşdür... Zəngin,mal-devləti yığıb xurcunda, Qoruyub saxlayar,lap baş ucunda.. Kasıbınsa titrək,kiçik ovcunda, O müqəddəs devlət-o mal gülüşdür...!! Müəllif : Abdullazadə Orxan(Abdulla Orxan) |
Zərif məlahət tək,saf-pak əmələ,
Ürəyə muraddan uzanan ələ,
Bütün ürəklərdə,amal gülüşdür...
Zəngin,mal-devləti yığıb xurcunda,
Qoruyub saxlayar,lap baş ucunda..
Kasıbınsa titrək,kiçik ovcunda,
O müqəddəs devlət-o mal gülüşdür...!!
Müəllif : Abdullazadə Orxan(Abdulla Orxan)
Tadı demi ve güzelliği yerindeydi severek okudum
Yüreğine kalemine sağlık üstad
Keyifti okumak selamlar