BU BAĞ
Bu bağ, bu səbətin, bu arıların
Nə vaxtdan məskəni, yurd yeri olub? Neçə xatirəyə məkan bu bağda Neçə yol bu səbət boşalıb, dolub? Canını qoymağa yer gəzir yenə Neçənci küləkdir üstündən əsən? Dartılıb kəmər tək belini sıxan Barını kim belə hörüb görəsən? Hər gələn özüylə xatirə payın Yığıb yığışdırıb aparıb bəlkə?! Qalıb ağı deyir külək diliylə Bu bağın dərdi var özündən yekə. Ürəyim uçunur yaşıllıq deyə Laylam, rahatlığım bir odur ancaq. Ruhuma sığala təbiət gəzib Görməyə bir parça gümandı bu bağ. Götürüb gəlmişəm çəkdiklərimi, Yüküm bu dünyanın qəmi olsa da. Gələndən-gedənə hey fırlanırıq Arı səbətində, mən bu dünyada. |
güzel gönlünün dili kalemin hiç susmasın ,
her daim gönül dileklerini yazsın.
saygılarımla sevgilerimle.
sağlıkta kalın.