Nə fayda?
Hərdən olur sıxılırsan, boğulursan
-ama dinləyən yoxsa nə fayda? Qal sıxıntıda... öz-özünə danış, düşün, Düşündükcə parçalansın qoy üreyin, -param-parça... nə fayda? Dinləyən yox, eşidən yox... Özün danış, özün dinlə -nə dəyişəcəy bu gedişlə? Xəyallar qur, sonu sonsuzluğa sarı ama gerçəy olmayacağnı düşün barı... Sən olursan yenə üzülən, sən olursan yenə sıxılan, yenə boğulan. O ki, sənnən xəbərsizdi, üzülməydə, sıxılmaqda nə fayda? Səni görmür, sənə gəlsin Heç eşitmir ki, dinləsin. Sən onunçün suallar qur xəyallarda, cavab gözlə Cavab gözlə, cavab gözlə, Ama bu həsrət bitməz belə, Gözlədiyin cavablar da əvəzlənir səssizliylə. Ay ürəyim sən davam et! Sən davam et! yaşa həyatı suallarda, Bir az sıxıl, bir az döyün demə "nə fayda" Sən də yaşa həyatını... Hər yeni gün, yeni həftə, yeni ayda -yenilənsin suallar da. Sən sus, dinlə. Qoy mən sənə sual verim "çəkdiyin bu acılarda de nə fayda?" Heç gücənmə, qoy cavabsız qalsın bu da. Cavab versən də nə fayda?! 01.11.2013 20:57 Loğman Əsgərov |
Hərdən olur sıxılırsan, boğulursan
-ama dinləyən yoxsa nə fayda?
Qal sıxıntıda... öz-özünə danış, düşün,
Düşündükcə parçalansın qoy üreyin,
-param-parça... nə fayda?
Dinləyən yox, eşidən yox...
Özün danış, özün dinlə
-nə dəyişəcəy bu gedişlə?
Xəyallar qur, sonu sonsuzluğa sarı
ama gerçəy olmayacağnı düşün barı...
Sən olursan yenə üzülən, sən olursan yenə sıxılan, yenə boğulan.
O ki, sənnən xəbərsizdi, üzülməydə, sıxılmaqda nə fayda?
Səni görmür, sənə gəlsin
Heç eşitmir ki, dinləsin.
Sən onunçün suallar qur xəyallarda, cavab gözlə
Cavab gözlə, cavab gözlə,
Ama bu həsrət bitməz belə,
Gözlədiyin cavablar da əvəzlənir səssizliylə.
Ay ürəyim sən davam et!
Sən davam et! yaşa həyatı suallarda,
Bir az sıxıl, bir az döyün demə "nə fayda"
Sən də yaşa həyatını...
Hər yeni gün, yeni həftə, yeni ayda
-yenilənsin suallar da.
Sən sus, dinlə.
Qoy mən sənə sual verim "çəkdiyin bu acılarda de nə fayda?"
Heç gücənmə, qoy cavabsız qalsın bu da.
Cavab versən də nə fayda?!
01.11.2013
20:57
Loğman Əsgərov
Şiirini kutluyorum.Puanım tam.Yunus diyarından kardeş Azerbaycana selamlar.