ÜMİDSİZ SEVGİMDüşmüşəm həyatın çətin oynuna Kədərim qəlbimdə dağa dönübdü. Alıbdı sevgimi həsrət qoynuna, Bülbülü xar olan bağa dönübdü. Sönübdü günəşi sevgi dünyamın Qaranlıq dünyamda itib-batmışam. Puç olan sevgimi sətirlərimə Və bir də vəfasız gülə satmışam. Aldım əvəzində xatirələrin Həkk etdim qəlbimə bir anı kimi. Andıqca mən onu göynəyən qəlbim, Bilməzdi heç bir dərd hicranı kimi. Gözlədim ümidsiz, gözlərim yolda, “Qayıdar” sözünü təsəllim sandım. Vüsalı yaşadım hər gün xəyalda, Realda onsuzluq odunda yandım. Ürəyim danışdı, qələmim yazdı Ümidsiz sevgimi sətirlərimə. Gün gələr oxuyub bu sətirləri Dönərəm bir anlıq o illərimə... |
saygılarımla
mehmet çiftlikli