1
Yorum
4
Beğeni
5,0
Puan
31
Okunma
Dərdi- sərin nədir sənin?
Qapımı sübh tezdən çaldın,
Dincliyimi məndən aldın.
Taxt- tacıma tufan saldln,
Dərdi- sərin nədir sənin?
Qarlar yağdı şah dağıma,
Bayquş qondu gül bağıma,
Zəhər qatdın növrağıma,
Dərdi- sərin nədir sənin?
Günlərimi etdin hədər,
Gecə-gündüz tən, bərabər,
Həyatıma çökdü kədər,
Dərdi - sərin nədir sənin?
Ürək yandı külü qaldı,
Ağlım qaçaq, fikrə daldı,
Dost halımı xəbər aldı,
Dərdi- sərin nədir sənin? .
Mehmet İnankıl
Azerbaycan Türkçesiyle Aralık 2025
5.0
100% (2)