Xaçonun xənçəli!(haçonun hançeri)
Xaçonun xənçəli!
Dedilərki piyansan, sənə yan baxan yansın Çıx küçəyə bə qardaş, yer yerinnən oynasın Tax pişyovu göbəyə, görən Köroğlu sansın.. Qoy görənnər desinnər xaçonun xənçəli var.. At eliyi qulağa..bağır it pişik qorxsun Xoruz yuxuyu neyler , bugünde erkən qalxsın Bulut qarasın töksün..başıya papax taxsın Qoy görənnər desinnər.. xaçonun xənçəli var Yaxan bağrın aç güne, külək vursun sinənə Qoy postanı bə qoçu, sənə quldur diyənə Qravatı taxıpsan atlət üstə kime ne Qoy görənnər desinnər xaçonun xənçəli var Barmax üstündə yeri, boyun uzun görünsün Kəçənnər kənar geçsin, bir daldada qorunsun Ələ bir baxış at ki, ilan çiyan sürünsün Qoy görənnər desinnər, xaçonun xənçəli var Qurbağalar qorxudan su üstünə çıxmasın Sənə baxan gözəl qız, özgəsinə baxmasın Qaş qabağın bələ yıx, aslan ələ yıxmasın Qoy görənnər desinnər, xaçonun xənçəli var Boya ağarmış saçı, darağın gümüş olsun Hacı yağıynan yıxan, qoxluyan heyran qalsın İspanyol paça geyin, başmaxlarıyı silsin Qoy görənnər desinnər, xaçonun xənçəli var.. Piyan olanda qardaş, dik yəri görən Qorxsun Çeşmə yanında dolan, dilbərlər sənə baxsın Bəş numara baxış at, ürək tutuşsun yansın.. Qoy görənnər desinnər, xaçonun xənçəli var.. Qora qalsın han, hamam, sənin havan pitməsin Cigarəti çək içə, duman boşa getməsin Adıyı yaz xençələ, oğurranıp itməsin Qoy görənnər desinnər, xaçonun xənçəli var Bu dünyadan köçənnər, nə apardı nə goydu Sənki bir nam bıraxıp, getsən bayramdı, toydu Sən bəcara xaçosan, görki kim kimi soydu Qoy görənnər desinnər, xaçonun xənçəli var Deyillər gocalıpsan, xəncəl tutmurmus belin Cıgara tabağına gücü çatmırmış əlin Tökülüb inci tişin, eyilip sırma belin Qoy görənnər desinnər, xaçonun xənçəli var Dəyipsən dozəmmirəm, bu devran necə geçti Annadımki bu həyat, bir yuxuydu bir heçti Ağaran cavannıxdı, ne səkkəldi, nə saçtı Qoy görənnər desinnər, xaçonun xənçəli var Bir metrdən boyluca, gırx kilodan ağırdı Çeketi çiynindəydi, arvadına bağırdı Xaço xəstələnmişdi, ona hekim çağırdı Həkim dedi desinnər, xaçonun xənçəli var H. Işık. 16/11/21 |