***
****
bir sənə yaxınam, sənə, sənə yaxın uzaq səndən... bilsən, gül-çiçəyin içindən keçirəm sənə toxuna-toxuna, sənə.. daşa, ağaca dəyirəm əlinə dəyərcəsinə; sənə yaxınam, sənə... dağ aşsam, düzü gəzsəm, həmişə üstümdə gözsən; bir dənizsən, bir çay kimi sənə axıram, sənə!.. AZERBAYCAN TÜRKÇESİ |