Ağlattı gözü məni!
Köhne evlər arası, xatirələrə daldım
Gezindiğim her yerin ağlattı izi meni Təndir başı sohbetler, lavaş dadına qaldım Anamın ay can diyen, ağlattı sözü meni Qapı önünə sərər, palazını çulunu Yeyin, doyun deyirdi, tüşünməzdi halını Yuxumda gördüm gənə, üzündəki xalını Axdı qara gileden, ağlattı gözü məni Eyy Aralık, eyy ığdır, atamnan qalan yurdum Oyandım seher baxdı, həsrəti yelə verdim Yatammadım bu gece, naxırdan evvel durdum Veran olup baxca, bağ ağlattı yazı meni Nə bahardan iz qalıb, ne ev qalıb yıxılıb Bəygus yurduna dönüp, elə bilki yaxılıp Ele gelir adama, min yıl olup çıxılıp Tökülüp dalda yarpax, ağlattı güzü meni Gəzindim birer birər yaşadığım illəri Ayağıma zül gəldi, gidəmmədim yolları Tüşündüm canım anam, bizə açan qolları Keçdi gözümnən dünən, ağlattı üzü məni. H. Işık. 6/6/21 |
kutlarım...