Yetər
Həsrət sevgimizə elə yaraşır
Sanki gül yanağa cığa yaraşır Allah mən qul kimi yaraşmasam da Sevgimə sənintək ağa yaraşır. Yar, verdiyim əhdi pozdu gözlərim İstəyirdim yağam gələm yanına, Leysanımla təmizlənsin tozlarım Nə ölü, nə sağam,gəlim yanına? Mən rüzgara qapılmış bir buludam Oyuncağa çeviribdi yel məni Bircə dəfə demədin ki , ay adam, Uzaqlarda arama sən gəl məni. Kipriklərim sahillərin lal daşı Gəl gəz ayaq izlərini qoyub get, Sevgin ilə yanır bağrımın başı Bircə kəlmə sevdiyini deyib get. Dəli ruhum titrək nanə yarpağı Xəzan soldurmamış qoparsan yetər. Cismim ilə məşğul etmə torpağı Ruhumu götürüb aparsan yetər. Dilarə Süleyman |
Kipriklərim sahillərin lal daşı
Gəl gəz ayaq izlərini qoyub get,
Sevgin ilə yanır bağrımın başı
Bircə kəlmə sevdiyini deyib get.
Dəli ruhum titrək nanə yarpağı
Xəzan soldurmamış qoparsan yetər.
Cismim ilə məşğul etmə torpağı
Ruhumu götürüb aparsan yetər.
Güzel bir şiirdi, beğeniyle okudum. Nice güzel şiirlere diyor, Şair Arkadaşımı, içtenlikle KUTLUYORUM...