Mənim
Bir nigaran qəlb var uzaq ellərdə
Qoxumu yellərdən soruşar mənim, Göz yolda, xəyallar qalıbdı darda O üzülsə yuxum qarışar mənim. Min xəbər aparar köç edən quşlar, Saçını oxşasın yağan yağışlar, Nolar ayağına dəyməsin daşlar Yanar dəli könlüm alışar mənim. Dedilər şənimə şeirlər qoşmuş Ruhu sellər kimi çağlamış, coşmuş, Anladım bu dünya fanimiş, boşmuş, Yoxsa dünyam olmuş o bəşər mənim? Dilarə dərvişdir, yurdsuz, kimsəsiz, Tək varı ruhudur, geri qalan söz, Dünyada olmazsa ey vəfalım, sözz Ruhum həsrətinə qovuşar mənim. |