əzizim
Mən kimə söyləyim ürək sözümü?
Mən itəndə sən tapardın ,əzizim! Yollarımı qarışdırdım,izimi Cığırımı sən apardın,əzizim! Buludun göz yaşın Günəş silərdi, Bir sözümdən dərdlərimi bilərdin Gözlərinlə,baxışınla gülərdin, Sevincimə sevinərdin, əzizim! Mən qorxağam,mən kövrəyəm ,bilirsən. Uzaqda qeydinə necə qalırsan? Əzizini heç yadına salırsan? Qulluğunda necə durdun,əzizim? Həyat sınaq,mən yığmadım balını, Tapanmadım taleyimin dilini Kim soruşsun bu fağırın halını? Xatırlayıb sən sorardın,əzizim! Sənsiz belə danışıram xəyalla, Barı yuxularda bir salam yolla! Küləklərə ,ulduzlara əl yellə! Yoxluqda da bir sən vardın ,əzizim! Saniyələr illərə dönmüş yenə, Dolan ürək astaca dinmiş yenə, Bitmədimi, zaman dayanmış yenə Həmişə tez qayıdardın,əzizim! Dilarə Süleyman |
hel bir mısra varki
''Buludun göz yaşın Günəş silərdi''
hayran kaldım
gönülden kutluyorum kaleminizi
saygı ve selam ile