Git
Ürəyim isti təndir,
sən də bir yalan yap get. Demədin dərdin nədir Deyim çarəsin tap get. Millət dərdinə düşdüm, Fikirdə min dağ aşdım, Sən səbr elə,mən daşdım , Bu yol çətindir,sap get. Alışdıq haqq yeməyə, Hünər yox söz deməyə, Allah çatsın köməyə O köməyi də qap get. Hansı qapını döyüm? Gərəkdir boyun əyim? Mənim çatıb ölməyim Sən qaç boynunda ip get. Yıxılana vur təpik Bəsindir düşən qəpik Danışanda çal çəpik Sonra ətəyin öp get. Doğru sözə pəl qoşma Dilim bəladı başıma Sən haqq yolundan düşmə Düz alınmırsa çəp get. Dilarə Süleyman |
Can-ı Gönülden Kutlar
Sağlıklı Mutlu Huzurlu
Güvenli bir Yaşam diliyorum.
Saygılar Sevgiler Selâmlar