Dağlar
A qardaş gedibsə bizim ellərə
Mənim xəyalımladolan dağları Qərib ürəyimlə qərib gözümlə Salamlar açılıb solan dağları Gör yerindədimi o qoca Şimdi Yaxşısı yananı axır bilindi Qorxaqlar üstündən yaman silindi İgidlər ümüdünə qalan dağları Gedibsən vətəni yenə görməyə Göz yaşını qayalara tökməyə Hər bulaqdan ovuç-ovuç içməyə Kövrələ kövrələ dolan dağları Mənsiz də açılır yazı dağların Ağaç puçurlanır yiyəsiz bağların Dolana dolana çıxın axtarın Lay lay mən altında yatan dağları Ürəyim istəyir görə kəndimi Can verə qoyunda bilə dərdini Çatır aşıqlara sazda kərəmi Yandırdın örtəndə duman dağları Mayoram həyatım Allaha qaldı Fikirli xəyalım mənfi dumanlı Şindi də yaylada şeirsiz qaldı Şair Qəzənfərsiz qalan dağları |