Bilərsən
Özgə malı can dərmanı deyildir,
Bir gün gələr gözlərindən, bilərsən , Necə hörmət qazanmısan həyatda, Baxanların üzlərindən bilərsən. Son peşmanlıq fayda verməz insana, Tövbə eylə ,gəl vaxtında imana, Aldanmisan gəlib keçən zamana, Döyə -döyə dizlərinden bilərsən. Zaman keçir,ürək dolu, əlin boş. Baxacaqsan hanı onca dost,yoldaş, Gözlərin tor görər,yerişin yavaş, Gələn kimdir ,səslərindən bilərsən! Vicdanına vermədin ki qulağı, Haqq kəlməsi danışmayan dodağı, Çiyinlərdə aparılan qundağı, Qoymadığın izlərindən bilərsən. Duyan olmaz bu çəkdiyin ahını, Qurban vermədiyin qurd tamahinı, Özgələrə yüklərsən günahını, Ogulundan qızlarından bilərsən. Kimsə almaz günahını boynuna, Ta ki girər qara torpaq qoynuna. Yanlişlarin gəlməyirsə eyninə Dilarənin sözlərindən bilərsən. |
Soyun boyun öğrnmeye erinme
Son pişmalı fayda etme yerinme
Öz özüne dırıl dılbaq kalarsın
------------------------------------------------------
Dizelerinizi severek okudum gönlüne yüreğine sağlık
Selam ve Dûa ile hoşvaht olasan