4
Yorum
10
Beğeni
4,9
Puan
711
Okunma
Yaşamağı unutdum
Öldürmədiyin o gün...
Ruhsuz mənə qayıtdım
Sən görmədiyin o gün....
Məhşərə hazır kimi
Son sözün yazır kimi...
Baxış ver nəzir kimi
Can vermədiyin o gün.
Yadlar qoy gülsün mənə
Yazıqlar olsun mənə
Yaram dərd olsun mənə
Sən sarmadığın o gün
Qəlbi açım mən kimə?
Yenik düşdüm korkuma
Bircə kərə farkıma
Sən varmadığın o gün..
Dilara son nəfəsdə
Ürək məhbus qəfəsdə
durmuş sözünün üstdə
Sən durmadığın o gün
5.0
89% (8)
4.0
11% (1)