özünsayaq ol
Çaqqallar meydanında tək aslana arxa dur,
Namərd namərdə möhtac,mərdsə mərdə arxadır, Mərdi nə bir qaşıq qan,nə bu dünya qorxudur, Türksən ,Türkə dayaq ol! Pəl vurar yoldan ötən,şər də yaxar imana, Kim düşməndi bilinmir,gəlməyir də gümana, Gül damğası vururlar reklam üçün samana, Gözünü aç,oyaq ol! Ağıllılar dəli tək,dəli kamil görünür, Gözü aclar kefdədi,gözütoxlar sürünür, Bu millət tərpənməyir,ya yatıb,ya ərinir, Bu savaşa layiq ol! Dilarə Süleymanın qanında türk qanı var, Millətə fəda olsun,nəfəsi var,canı var, Nə kitabı ,nə pulu,nə də adı -sanı var, Sən də özünsayaq ol |
Şiirin bir damlası bir bütünün, bütün özelliklerini taşır...
Çok İYİ şiir…
............................................... Saygı ve selamlar..