YIRĞANÇAY
Yenə qürbət eldə düşdün yadıma,
Hər yanı gül- çiçək orman Yırğançay. Atdanıb düşürmü gələn qonağın, Havası xəstəyə dərman Yırğançay. Aranan yaylağa köcürmü ellər, Axıb dərələrə. Daşırmı sellər , Bənövşə ətrini yayırmı yellər, Verermi çöllərə fərman Yırğançay. Böldu parcaladı ana vətəni, Kor olsun görməsin zalım erməni. Gəl yarım bağrımda saxlayım səni, Vermərəm yağıya aman Yırğançay. Əmraha bəllidi qarlı dağların, Yayda diş göynədən buz bulaqların. Barlı bərəkətli , güllü bağların, Sənsən mənim atam -anam Yırğançay |